Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr–“Bilik günü”

15 sentyabr 2026 | 11:22

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Naftalan şəhərinin ümumtəhsil məktəblərində də “Bilik Günü” qeyd edilib.

Tədbirdə ŞİH başçısının müavini Kəmalə Hüseynova və məsul əməkdaşlar, Regional Təhsil İdarəsinin Goranboy-Naftalan təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Natiqlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın təhsil siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Həmçinin, qeyd edilib ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir.

Qeyd edilib ki, ötən tədris ili Naftalan şəhəri üçün də uğurlu olub. Tədbir iştirakçıları Bilik Günü münasibətilə müəllimləri, valideynləri və məktəbliləri təbrik edərək, onlara uğurlar arzulayıblar.

Sonda şagirdlərin ifasında mahnılar şeirlər səslənib, rəqslər nümayiş olunub.

Keçidlər