Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr Bilik Günüdür

15 sentyabr 2025 | 12:36

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Naftalan şəhərinin ümumtəhsil məktəblərində də bu gün “Bilik Günü” təntənəli şəkildə qeyd edilib.

Ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə ŞİHB-nın müavini və məsul əməkdaşları, Regional Təhsil İdarəsinin Goranboy-Naftalan təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər ölkəmizdə təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar və əldə olunan inkişaf barədə danışaraq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri xüsusi diqqət və qayğını vurğulayıblar. Qeyd edilib ki, ötən tədris ili Naftalan şəhəri üçün də uğurlu olub. Tədbir iştirakçıları Bilik Günü münasibətilə müəllimləri, valideynləri və məktəbliləri təbrik edərək, onlara uğur arzulayıblar.

Ümumtəhsil müəssisələrində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.

Keçidlər