Şriftin ölçüsü :

Saytın rəngi :

15 Sentyabr – Bilik Günüdür

15 sentyabr 2023 | 15:23

15 sentyabr 2023-cü il tarixdə Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Naftalan şəhərinin məktəblərində də Bilik Günü qeyd edilib.

Məktəblərdə keçirilən tədbirdə ŞİHB müavinləri və məsul əməkdaşları, Regional Təhsil İdarəsinin Goranboy-Naftalan təhsil sektorunun məsul əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə çıxış edən natiqlər ölkəmizdə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri böyük diqqət və qayğıdan söhbət açıblar. Həmçinin, 15 Sentyabr – Bilik Günü münasibətilə müəllimlər, məktəbliləri təbrik edib, onlara uğurlar arzulayıblar. “Heydər Əliyev İli” çərçivəsində ümumtəhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.

Keçidlər