15 iyun – Milli Qurtuluş Günü Naftalanda
15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda Naftalan şəhərində tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ziyalıları iştirak edib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Sonra Heydər Əliyev Meydanında Ümummilli Liderin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda Şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər vurğulayıblar ki, 1993-cü ilin 15 iyununda başlayan Milli Qurtuluş yolu 2020-ci ilin 8 noyabrında Azərbaycana öz tarixinin ən böyük zəfərini yazmaq imkanı yaratdı. Əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü ilin 15 iyununda atmışdı. Azərbaycan xalqının qurtuluşdan zəfərə gedən yolu, həm də onun zəfər tarixidir. Həmçinin qeyd edilib ki, Möhtərəm Prezidentimizin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin əllərdədir.
Sonda 15 İyun Milli Qurtuluş Günü və onun müəllifi müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib.