Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri ziyarət olunur

25 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə, xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
   Naftalan Şəhər İcra Hakimiyyətinin tövsiyyələrinə əsasən, 44 günlük Vətən müharibəsində şəhid olan hərbçi və mülki şəxslərin ailələri mütəmadi şəkildə ziyarət olunur, görüşlər təşkil edilir.
   “27 sentyabr – Anım günü” ilə ələqədar Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  əməkdaşları, Şəhər Ağsaqqallar Şurası, aidiyyatı ictimai birliklərin, idarə və müəssisələrin rəhbərləri  Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
   Ziyarətlər zamanı öz qanı, canı bahasına Vətən torpağını düşmən tapdağından azad edən igidlərimizin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib. Şəhidlərin ailə üzvlərinin sosial problemləri və gündəlik qayğıları ilə də maraqlanıblar.

 

Keçidlər