İcra başçısı şəhid ailəsi ilə görüşüb
Azərbaycanımızın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə, qazilərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.
Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Naftalan şəhərində də şəhid ailələrinin sosial qayğıları həmişə diqqət mərkəzində saxlanılır.
Naftalan ŞİH-də keçirilən görüşdə icra başçısı Vüqar Novruzov Qurbanovlar ailəsinin üzvü Nadir Qurbanovu dinləyib, şəhid ailəsinin qaldırdığı məsələlər ətrafında araşdırılmaların aparılması və həll olunması barədə tapşırıqlar verib. Nadir Qurbanov Qurbanovların adının əbədiləşdirilməsi istiqamətində yaşadıqları küçəyə adlarının verilməsini bildirib, onları narahat edən müəyyən məsələlərlə bağlı məsləhətləşmişdir.
Həmçinin, ŞİH tərəfindən şəhidlərin il mərasiminin keçirilməsi ilə əlaqədar Nadir Qurbanova müvafiq köməklik göstərilmişdir.
Nadir Qurbanov isə şəhid ailələri ilə keçirilən görüşlərin ənənəyə çevrilməsindən, onları maraqlandıran məsələlərin həllinə operativ yanaşılmasından razılığını bildirmişdir.
Qeyd edək ki, Qurbanov Nadir Elbrus oğlu Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixdə erməni daşnaklarının atdığı top mərmisi nəticəsində ailəsinin beş üzvünü itirmişdir.