Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda reydlər davam etdirilir

17 sentyabr 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyəti və Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində ictimai iaşə və ticarət obyektərində, ərzaq mağazalarında, apteklərdə, o cümlədən ictimai nəqliyyat vasitələrində reydlər keçirilib.
   Reydlər keçirilən məkanlarda qapalı yerlərdə tibbi maskalardan istifadə edilməsinin, sosial məsafənin gözlənilməsinin vacibliyi və sanitar-gigiyena qaydalarına riayət olunması, peyvəndləmənin zəruriliyi və əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb, eyni zamanda maskasız vətəndaşlara tibbi maskalar paylanılıb.
   Qeyd edək ki, ŞİH yanında yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin icrasına nəzarət məqsədilə reydlər mütəmadi davam etdirilir, əhali arasında maarifləndirmə işləri həyata keçirilir və xəstəliyə qarşı ən effektli mübarizə vasitəsinin peyvəndlənmə olduğu bildirilir.
   Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” haqqında, eləcə də tətbiq olunan məhdudiyyətlərlə bağlı mehmanxana subyektlərinin nümayəndələrinə ətraflı məlumat verilib, mehmanxanalarda yaşı 18-dən yuxarı olan şəxslərə göstərilən xidmətlərin yalnız COVID-19 pasportu əsasında həyata keçirilməsi tələbi ilə əlaqədar COVID-19 pasportlarının yoxlanılması  tələbi onların diqqətinə çatdırılıb.

 

Keçidlər