Şriftin ölçüsü :

Saytın rəngi :

Sel sularının qarşısını almaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir

21 may 2014 | 15:00

Hər il Naftalanda yağan  güclü leysan yağışlar və  eyni zamanda Goranboy rayonunun dağlıq hissəsindən gələn sel suları nəticəsində şəhərin və ona bitişik Qasımbəyli kəndinin küçələrinə, vətəndaşların həyətyanı və yaşıllıq sahələrinə ciddi ziyan vururdu. Eyni zamanda şəhərin bir neçə hündürmərtəbəli yaşayış binasının da zirzəmisinə yağış suları dolur,  şəhər ərazisindəki suvarma xətlərinə, səkilərə ciddi ziyan dəyirdi.
    Baş verə biləcək təbii fəlakətin dağıdıcı təsirinin qarşısının alınması məqsədilə Qaşaltı Qaraqoyunlu kəndində mövcud süni göldə təmizləmə işləri aparılmışdır. Gölün su tutumu 750-800 min m³-dir.
    Eyni zamanda hazırda göldə ümumi uzunluğu 163.6 p/m olan daş-beton qoruyucu bəndin tikintisi işləri davam etdirilir. Bəndin hündürlüyü 10.5 m olacaq.
    Tikiləcək bənd ehtimal olunan selin qarşısının vaxtında və effektiv alınması məqsədi daşıyır.

Keçidlər