İcra başçısı “Bilik Günü” münasibəti ilə şəhid və qazi övladlarıyla görüşdü
Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Vüqar Novruzov yeni tədris ilinin başlanması münasibəti ilə şəhid və qazi övladlarını təbrik edib.
İcra başçısı məktəbliləri qarşıdan gələn “Bilik Günü” münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyib, Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” şüarını rəhbər tutaraq ölkəmizdə uşaqların yetişməsinə hər zaman dövlətin xüsusi diqqət və qayğısını vurğulayıb.
Bildirildi ki, 44 günlük Vətən Müharibəsində möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu-sizin qəhrəman atalarınızın şücayəti nəticəsində əzəli əbədi torpaqlarımız düşməndən azad oldu, xalqımız Şanlı Zəfər çaldı.
Tədbir 15 sentyabr paytaxt Bakının daşnak-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə eyni günə təsadüf etdiyindən məktəblilər hər zaman olduğu kimi fəxr və qürur hissi ilə Azərbaycan-Türk bayraqlarını dalğalandırdılar.
Şəhid ailələri, qazilər onlara göstərilən diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Məktəblilərə “Oyal”-ın çanta və dərs ləvazimatları təqdim olunub.
Tədbirin həyata keçirilməsində göstərdiyi dəstəyə görə “Naftalan Müalicə və Sağlamlıq“ Mərkəzinə təşəkkürümüzü bildiririk.