Naftalanda abadlıq-quruculuq işləri davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” na uyğun olaraq şəhərin bütün infrastrukturlarının inkişafına diqqət artırılmış və Naftalanın müasir şəhərə çevrilməsi istiqamətində iri miqyaslı layihələr həyata keçirilir.
Bu poqramlara uyğun olaraq magistral və şəhərdaxili qaz, istilik xətləri yenidən çəkilmiş, yeni qazanxanalar tikilmiş, elektrik, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri başa çatmaq üzrədir.
Bu işlərlə yanaşı hazırda çoxmənzilli yaşayış binalarının fasadı milli memarlıq üslubunda aqlay daşla üzlənilir, işıqlandırılır, dəhlizləri təmir olunur, dam örtükləri xüsusi dizaynla yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Naftalan Qaşaltı-Qaraqoyunlu avtomobil yolunun əsaslı təmir olunmuş, kənddə yeni səkilər tikilmişdir.
Eyni zamanda yaxın günlərdə yeni şəhər xəstəxanasının tikintisinə də başlanılacaqdır.