Naftalan Şəhər İcra Hakimiyyətində növbəti qəbul keçirilib
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarı nəzərə alınaraq Şəhər icra hakimiyyətinin Başçısı tərəfindən hər həftə vətəndaşların qəbulu onlayn qaydada həyata keçirilir. Onlayn qəbulda sakinlərin müraciətləri və şikayətləri Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən dinlənilmiş, bəzi məsələlər yerindəcə həll edilmiş, bir sıra məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi və aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata götürülmüşdür.
Qəbula gələn vətəndaşların müraciətlərinin yerində obyektiv araşdırılması ilə bağlı müntəzəm işlər görülür, Şəhid ailələri və Qazilərin müraciətlərinə xüsusi diqqət göstərilir.
Qəbulda iştirak edən sakinlər onların müraciətlərinin həssaslıqla dinlənilməsindən məmnunluqlarını bildirmiş, sakinlərə yaradılan belə şəraitə görə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.