Turizm müəssisələrində monitorinqlər aparılıb
Son günlər Naftalan şəhərində turistlərin sayındakı artımı nəzərə alaraq, Şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun və Naftalan şəhər GEM-nin nümayəndələri tərəfindən şəhər ərazisində fəaliyyət göstərən turizm obyektlərində növbəti monitorinq aparılıb. Monitorinqlər zamanı işçi heyətin və qonaqların təhlükəsizliyi məqsədilə tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi istiqamətində müvafiq tövsiyyə və tapşırıqlar verilib.
Şəhərdə fəaliyyət göstərən turizm obyektlərinə gələn turistlərin sayının artması o cümlədən son 10 gündə 2000 dən çox turistin müalicə və istirahət üçün Naftalana üz tutması şəhərdə turizm sektorunun gündən günə inkişafını göstərir.
Qeyd edək ki, Möcüzəli Naftalan MMC və Sehrli Naftalan MMC mövcud epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə cərimə olunmuşlar.
Hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə müvafiq qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.