Vətən müharibəsində zərər çəkmiş vətəndaşa yeni ev tikilir
Ölkəmizin hər yerində olduğu kimi Naftalanda da şəhid ailələri və qazilər ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.
44 günlük Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində işğalçı erməni silahlı qüvvələrinin atdığı artilleriya mərmisinin evə düşməsi nəticəsində beş ailə üzvünü itirmiş Qurbanov Nadirə yaşadığı Naftalan şəhərinin Qaşatı Qaraqoyunlu kəndi ərazisində Dövlətimiz tərəfindən yeni evin tikintisinə başlanılıb.
ŞİH-nin başçısı Vüqar Novruzov tikintinin gedişi ilə yerində tanış olmuşdur.
Nadir Qurbanovun qardaşı Bəxtiyar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə-möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını bildirmişdir.