Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Reabilitasiya Mərkəzində qazilərə sınanmış müalicə prosedurları əsasında reabilitasiya xidmətləri göstərilir

23 avqust 2021 | 16:00

Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə KİV əməkdaşlarının əyani tanışlığı üçün növbəti mediatur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naftalan Reabilitasiya Mərkəzinə təşkil edilib.
   Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi Vətən müharibəsində yaralanmış qazilərimizin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir və artıq 1400-dək şəxs bu xidmətlərlə əhatə olunub.
   Qeyd olunan dövrdə 115 hərbçi 119 yüksək texnologiyalı aşağı ətraf protezi ilə təmin edilib. Həmçinin, bu ilin ötən dövründə 1162 nəfər Birinci və İkinci Qarabağ müharibəsi əlilinə 8639 reabilitasiya vasitəsi verilib.
   Naftalan Reabilitasiya Mərkəzində də Vətən müharibəsi qazilərinə sınanmış müalicə prosedurları əsasında reabilitasiya xidmətləri göstərilir. Postmüharibə dövründə bu mərkəzdə 100-dək qazi sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təmin edilib. Müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla təchiz edilmiş mərkəzdə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında reabilitasiya xidmətləri göstərilir. Eləcə də, Naftalan nefti ilə sınanmış müalicə prosedurları tətbiq edilir.
   KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

 

Keçidlər