Düşmənin artilleriya zərbələri nəticəsində dağıdılmış evlərdə təmir işləri aparılır
Vətən müharibəsi dövründə ermənilərin artilleriya və raket zərbələri nəticəsində Naftalan şəhərinin Qaşatı Qaraqoyunlu kəndi ərazisində zərər görmüş tikililərin bərpası davam edir.
Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd sakini Babayeva Səmayə Qarakişi qızına məxsus fərdi evə erməni vandalları tərəfindən atılmış top mərmisi nəticəsində evdə yanğın baş vermiş, evin dam ortüyü və tavanı sıradan çıxmışdır.
ŞİH başçısı Vüqar Novruzov Səmayə xanımın fərdi yaşayış evində gedən təmir işlərinə baxış keçirmiş, aparılan təmir bərpa işləri ilə yerində tanış olmuşdur.
Qeyd edək ki, Vətən müharibəsi zamanı ümumilikdə, Qaşatı Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evi və 1 yardımçı tikili zərər görmüşdür