İcra başçısı şəhid ailəsini qəbul etdi
27 sentyabr 2020-ci il tarixdə mənfur düşmənin dinc əhaliyə qarşı törətdiyi hərbi təxribat zamanı, yaşayış məntəqələrinə atdığı top mərmisi nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Nadir Elbrus oğlu 5 ailə üzvünü itirmişdir.
Hərbçi Qurbanov Nadir Mərkəzi Hərbi Klinik Hospitalda müalicə aldıqdan sonra evinə qayıdıb. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Nadir Qurbanovu qəbul edib.
Qəbul zamanı icra başçısı bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlıqlarını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq xüsusi diqqət və qayğı ilə əhatə olunurlar.
Sonra şəhər rəhbərliyi tərəfindən şəhid ailəsinə mövcud problemlərinin həlli istiqamətində müvafiq köməklik göstərilib.
Nadir Qurbanov ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.