“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsində Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu“ mövzusunda dəyirmi masa keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsində Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu“ mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin Başçısının müavini, şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Afət Cabbarova, Naftalan şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, Naftalan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri və Naftalan şəhər Məşğulluq Mərkəzinin mütəxəssisləri iştirak edib.
İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin sədri Afət Cabbarova gündəlikdə duran məsələ haqqında geniş məlumat vermişdir. Bildirilib ki, cənab Prezident İlham Əliyevin 15 noyabr 2011-ci il tarixli 1836 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramından (2011-2015-ci illər)” irəli gələn vəzifələrin icrasının layiqincə təmin edilməsində işəgötürənlərin qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.
Daha sonra Naftalan şəhər Məşğulluq Mərkəzinin direktoru Aqşin Məmmədov çıxış edərək bildirib ki, Naftalan şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin 2013-2014-cü illərdə olan iclaslarında Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının Naftalan şəhərində icrası müzakirə edilmiş, qarşıdakı illər üçün bu Dövlət Proqramı ilə əlaqədar Naftalan şəhərində həyata keçirilməsi planlaşdırılan məsələlər müzakirə edilmişdir. O qeyd etmişdir ki, şəhər Məşğulluq Mərkəzinə 2014- cü ilin 4 ayı ərzində müraciət edən 68 nəfər vətəndaşdan 62 nəfəri daimi işlə təmin olunmuşdur.
Sonda Naftalan şəhər Məşğulluq Mərkəzinin direktoru Aqşin Məmmədov dəyirmi masada iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinin suallarını cavablandırmışdır.