Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin 91-ci illiyi münasibəti ilə turistlər arasında şahmat turniri keçirilib.

10 may 2014 | 15:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən  şəhərə istirahət və müalicəyə gələn turistlər arasında şahmat yarışı keçirilmişdir.  İlk olaraq yarış  iştirakçıları dahi öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
     Turnir "Chinar Hotel & Spa Naftalan" da davam etdirilib.
     Sonda yarışın qaliblərinə  Fəxri Fərman və qiymətli hədiyyələr  verilmişdir.

Keçidlər