Şriftin ölçüsü :

Saytın rəngi :

RİTM startap proqramının Naftalan şəhərini də əhatə edən onlayn təqdimatı olub

19 iyul 2021 | 16:00

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən yaradılan “Regional İnnovativ Turizm Məhsulu (RİTM)” adlı startap sahibkarlıq proqramının onlayn təqdimatı baş tutmuşdur.
   Gəncə Turizm İnformasiya Mərkəzi, Gəncə Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə regionlarda turizm startaplarının yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək “Regional İnnovativ Turizm Məhsulu (RİTM)” sahibkarlıq proqramının onlayn təqdimatı keçirilib. Təqdimatda qərb regionunun (Gəncə, Naftalan, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax) yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, turizm sahəsinə marağı olan gənclər və yerli turizm sənayesi nümayəndələri iştirak etmişdir.
   Layihənin hədəfi regional turizmin inkişafına, yerlərdə məşğulluğun artmasına və turizm yönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verməkdir. RİTM proqramının iştirakçılarına peşəkar təlim və mentorluqla yanaşı, sahibkarlar və investorlarla tanışlıq, tanıtım, Dövlət tərəfdaşlarından dəstək, ÜTT-də (Ümumdünya Turizm Təşkilatı) startap müsabiqəsinə vəsiqə və o cümlədən qalib yerlərə pul mükafatının verilməsi kimi geniş imkanlar yaradılacaqdır.
   RİTM- ə qoşulmaq və ətraflı məlumat əldə etmək üçün rəsmi səhifəsinə daxil olun.  https://ritm.tourismboard.az/

 

Keçidlər