Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “BMT-nin Narkotiklərlə Mübarizə günü” ilə əlaqədar onlayn tədbir keçirilmişdir

29 iyun 2021 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “26 iyun BMT-nin Narkotiklərlə Mübarizə günü” ilə əlaqədar “Sağlam, narkotiksiz həyat seç” mövzusunda onlayn tədbir keçirilmişdir. Naftalan Şəhər İcra Hakimiyyəti əməkdaşlarının,  şəhərin hüquq mühafizə orqanlarının, pedaqoji işçilərin və gənclərin iştirakı ilə keçirilən tədbiri İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Naftalan şəhər komissiyasının sədri Arzu Məmmədov açıq elan edərək bildirmişdir ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Aidiyyəti dövlət orqanlarının nümayəndələri də mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələrdən bəhs edərək, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini qeyd etdilər.

 

Keçidlər