Şriftin ölçüsü :

Saytın rəngi :

9 May-Faşizm üzərində qələbə günü Naftalan şəhərində təntənə ilə qeyd edildi.

10 may 2014 | 15:00

 

 Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2014-cü il mayın 9-da faşizm üzərinə qələbənin 69-cu ildönümü  şəhər “Xatirə kompleksində”  qeyd olundu.
       Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti və şəhərdə yerləşən N saylı  hərbi hissənin əsgər və zabitləri də iştirak edirdi. “Xatirə kompleksində” vətən uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilmiş,  əklil qoyulmuş, gül-çiçək düzülmüşdür.
       Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov tədbiri giriş sözü ilə açaraq Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi döyüş və əmək rəşadətlərindən danışmış, ölkəmizdə müharibə veteranlarına dövlət səviyyəsində göstərilən diqqət və qayğını qeyd etmişdir.
      Daha sonra Böyük Vətən müharibəsi iştirakçısı Baloğlan İsmayılov müharibədən və onun çətinliklərindən danışmışdır. O, qeyd etmişdir ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olmuşdur.
       9 May-Qələbə Günü münasibətilə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilmişdir.
       Tədbir   məktəblilərin ifasında bədii kompozisiya ilə davam etmişdir.

Keçidlər