AMEA-nın Geologiya və Geofizika institunun əməkdaşları Naftalanda olublar
22 iyun 2021 | 16:00
Bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika institutu müalicəvi Naftalan neftinin geokimyəvi tədqiqatları ilə məşğuldur. İnstitutun əməkdaşları tədqiqatların aparılması məqsədilə şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüblər. Görüş zamanı Naftalan neftinin xüsusiyyətlərini müəyyənləşdirmək, geokimyəvi aspektlər, karbohidrogen tərkibi və biomarker baxımdan neftin müalicəvi təsirinin aşkarlanması kimi məsələlər müzakirə olunmuşdur.