Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı 1, 2, 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşdü

09 may 2014 | 15:00

 

      Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü  1, 2, 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Bu görüşdə də  şəhər rəhbəri ilə yanaşı, Şəhər İcra Hakimiyyəti aparatının  məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirdi.
      Qəbula gələn vətəndaşlar yaşadığı binanın dəhlizinin işıqlandırılmasına, münasib işlə təmin olunmasına, həmçinin, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etdilər.
   Şəhər İcra Hakimiyyətinin başçısı bütun bu problemlərin həlli üçün müvafiq qurumlara öz tapşırığını verdi. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq şəhər ərazisində aparılan geniş abadlıq-quruculuq, təmir-tikinti işlərinin gedişi ilə maraqlanmış və iş icraçılarına öz tapşırıqlarını vermişdir.

Keçidlər