Təhsil Naziri Naftalanda olub
14 iyun 2021 | 16:00
Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev Naftalan şəhərində olub.
Görüş zamanı Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Azərbaycanda təhsilin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasətinin möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.
Həmçinin qeyd edilibki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.
Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, ruhunu ehtiramla yad ediblər.