Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Turizm Agentliyinin nümayəndələri Naftalanda olublar

11 iyun 2021 | 16:00

Azərbaycanda müalicəvi turizmin inkişafında önəmli yer tutan Naftalan kurort şəhərinin daha da müasirləşməsi, əhalinin, yerli və xarici turistlərin rahatlığının təmin edilməsi istiqamətində işlər davam etdirilməkdədir.
   Şəhərin infrastrukturun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana marağını post-pandemiya dövründə daha da artıracaq.
   Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilmişdir. Bu istiqamətdə  Naftalan şəhərinin də turizm sektorunu inkişaf etdirmək üçün məqsədyönlü tədbirlər görülür.
      Belə ki, Azərbaycan Turizm Bürosunun Marketinq və Brend Kommunikasiya Departamentinin rəhbəri Fidan Əliyeva, Sektor müdiri Nicat Əhmədli və Dövlət Turizm Agentliyinin Gəncə Destinasiya və Menecimenti Təşkilatının rəhbəri Zaur Bayramov ilə Naftalan Şəhər İcra Hakimiyyətində görüş olub.  Görüş zamanı Naftalan şəhərinin yeni turizm brendinin tətbiqi ilə bağlı təkliflər irəli sürülmüş, araşdırma məqsədilə bir sıra məsələlər müzakirə edilmişdir.
     Həmçinin, qonaqlar Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Naftalan şəhərinin turizm inkişaf strategiyası layihəsinə uyğun olaraq Naftalanda turizm informasiya mərkəzinin və velosiped üçün dayanacağın tikintisi ilə tanış olublar.

 

Keçidlər