İcra başçısı sakinlərin müraciətlərini dinləyib
09 iyun 2021 | 16:00
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı növbəti onlayn vətəndaş qəbulunu keçirib. Qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, qeyd olunan problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.
Görüşdə səsləndirilən məsələlər arasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, işlə təmin olunma, birdəfəlik maddi yardımın verilməsi kimi məsələlər üstünlük təşkil edib.
Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata alınıb.