Şəhid və qazi ailələrinə töhfə
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gold Naftalan” Sanatoriya Kompleksinin dəstəyi ilə sanatoriyanın ərazisində açıq havada şəhid ailələrinin və qazilərin uşaqlarına 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir təşkil olunub.Tədbirdə uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanmış, uşaqlara hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, həftənin bazar günləri Naftalan şəhərində yeni fəaliyyətə başlayan “Gold Naftalan” sanatoriya kompleksi şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının uşaqlarını ödənişsiz olaraq kompleksin əyləncə mərkəzində əylənməyə, atraksionlardan, hovuzdan istifadə etməyə dəvət edir.
Tədbir ( COVİD-19) pandemiya qaydalarına uyğun həyata keçirilib.