Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin əməkdaşları peyvənd olunublar

31 may 2021 | 16:00

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilən profilaktik tədbirlər Naftalan şəhərində də uğurla davam etdirilir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, vaksinasiya kampaniyasında şəhər sakinləri aktiv iştirak edir, koronavirus pandemiyasının tezliklə başa çatması üçün birlik nümayiş etdirirlər.
    Hazırda Naftalan şəhərində 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Həmçinin şəhər İcra Hakimiyyətinin əməkdaşları, eləcə də koronavirus infeksiyasına yoluxmuş və müalicəsindən 6 ay keçmiş əməkdaşlar "COVİD-19" pandemiyası əleyhinə tamlıqla peyvənd olunublar.
    Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
   #Biz birlikdə güclüyük!

 

Keçidlər