Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda Beynəlxalq Ailə günü ilə bağlı onlayn tədbir keçirildi

17 may 2021 | 16:00

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 may "Beynəlxalq Ailə günü"nə həsr edilmiş " Sağlam ailə-möhkəm cəmiyyətin təməlidir" adlı onlayn konfrans keçirilmişdir.  Konfransın keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir.
     Natiqlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət üçün, xalq üçün gördüyü işlər, ailələrə göstərilən dövlət qayğısını və bu istiqamətdə aparılan işləri diqqətə çatdırıblar.
    Konfransda 7 əsas panel - " Milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə ötürülməsi”, “Yaşlı və gənc nəslin dialoqunun düzgün formalaşması”, “Ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu”, “Uşaqların doğulanadək cins seçiminə qarşı mübarizənin gücləndirilməsi”,” İnsan alverinə qarşı mübarizənin gücləndirilməsi”, ”Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi”, “Sağlam həyat tərzi, ziyanlı vərdişlərin fəsadları” mövzuları üzrə çıxışlar edilmişdir.

 

Keçidlər