Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş cüdo idman növü üzrə açıq şəhər birinciliyi keçirilmişdir.

04 may 2014 | 15:00

 

     Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən 3 may 2014-cü il tarixdə uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq şəhər  birinciliyi keçirilmişdir.
     İlk öncə İdmançılar ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
     Yarışda müxtəlif çəki dərəcələrində Respublikanın səkkiz şəhər və rayonundan 150 nəfərdən çox idmançı  güclərini sınamışlar. Yarışın məqsədi ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinin idmançılar arasında qeyd edilməsi, cüdo idman növünün inkişafının və kütləviliyinin artırılmasını dəstəkləmək, idmançıların fiziki hazırlıqlarını möhkəmləndirmək, qarşıdakı yarışlara hazırlıq, habelə digər şəhər və rayonlarda yaşayan idmançılarla dostluq əlaqələrini genişləndirməkdən ibarət olmuşdur. Şəhərimizin yeniyetmə cüdoçuları da yarışda uğurla çıxış edərək şəhərimizi layiqincə təmsil etmişlər.
      Sonda yarışın qaliblərinə şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom, medal və xatirə hədiyyələri təqdim olunmuşdur.

Keçidlər