Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda iftar süfrəsi təşkil edilib

12 may 2021 | 16:00

Naftalanda Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, şəhər Polis Şöbəsinin rəisi, Ağsaqqallar Şurasının sədri, din xadimləri, şəhid ailələrinin üzvləri və Qarabağ Müharibəsi əlillərinin iştirakı ilə iftar süfrəsi təşkil olunub.
   İftar süfrəsi zamanı 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanması, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlar barədə danışılıb, dövlət başçısının və birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Xalqımızın ötən illərdən fərqli olaraq builki Ramazan bayramını artıq qalib xalq kimi sonsuz iftixar hissi, fərəhlə qeyd etdiyi vurğulanıb.
   Mərasimdə müqəddəs Ramazan ayının fəzilətlərindən söz açılaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.
   Sonra Ramazan bayramı münasibətilə mərasimdə iştirak edən şəhid ailələrinin üzvlərinə və Qarabağ Müharibəsi əlillərinə  bayram sovqatı təqdim edilib.
   Qeyd edək ki, tədbir, iştirakçıların əvvəlcədən COVİD-19 testindən keçməklə pandemiya qaydalarına uyğun təşkil olunmuşdur.

 

Keçidlər