Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinə start verildi.

29 aprel 2014 | 15:00

 

      Yeni Azərbaycan Partiyasının Naftalan şəhər Təşkilatının  və  şəhər  Gənclər  İdman İdarəsinin təşkilatçılığı  ilə  şəhərin idarə, müəssisə və təşkilatları arasında  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini-futbol turnirinə start verildi.
Turnirdə iki qrup  üzrə 10 komanda iştirak edir. Yarışa Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri hakimlik edir. Yarışın qalibləri Yeni Azərbaycan Partiyasının Naftalan şəhər Təşkilatının  və  şəhər  Gənclər İdman idarəsinin təsis etdiyi "Kubok" və “Fəxri fərman”larla  mükafatlandırılacaqdır.
Komandalara yarışda uğurlar arzulayırıq!

Keçidlər