Şəhər İcra Hakimiyyətində vətəndaşlar video formatda qəbul olundu
28 aprel 2021 | 16:00
İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov vətəndaşları növbəti dəfə video-qəbul formatında dinlədi. Onlayn formatda keçirilmiş qəbulda ümumilikdə 30-a yaxın şəhər sakini Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tərəfindən dinlənilmişdir.
Qəbul zamanı vətəndaşlar problem və təklifləri ilə bağlı fikirlərini bildirmişlər. Vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlər qəbul zamanı həll olunmuş, bəzi məsələlərə dair müvafiq izahat verilmiş və ya həlli ilə əlaqədar araşdırılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.