Təsərrüfat sahiblərinin nəzərinə!
Təsərrüfat sahibləri ərazilərində yerləşən xəttin dayaqlarının dibindəki torpağı şum edərək, suvarma işləri aparırlar buda dayaqların qəzalı vəziyyətə düşməsinə səbəb olur. Əkin sahələrinin növbəti əkinə hazırlamaq məqsədi ilə torpaq sahibləri sahələri alaq otlarından və kol-kosdan təmizləmək üçün onları odlayırlar. İcazə olmadan, sahələrin sərhədləri boyu keçilməsi mümkün olmayan kanallar qazılır burada kol-koslar yaranır ki, buda öz növbəsində ərazisindən keçən Respublika Enerji sistemi üçün strateji əhəmiyyətli xəttlərin normal istismarına böyük çətinliklər yaradır. Baş verən yanğınlar 110 kv-luq 1-2-ci Naftalan hava elektrik verilişi xəttlərinin qoruq zonasına daxil olaraq xəttlərin qəzadan açılmasına səbəb olur və Respublika iqtisadiyyatına zərər vuran Enerji sistem qəzaları yaranır, istehlakçılara enerji verilişində fasilələr yaranır.
Qeyd edilən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməklə, baş verə biləcək yanğın hadisələrinin, qəzaların qarşısını ala bilərik.