Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İcra Hakimiyyəti aparatında Çernobıl əlilləri ilə görüş keçirilmişdir.

26 aprel 2014 | 15:00

 

25 aprel 2014-cü ildə Çernobıl faciəsinin 28-ci ildönümü münasibəti ilə Naftalan şəhər İcra Hakimiyyəti aparatında  Çernobıl əlilləri ilə görüş keçirilmişdir. Tədbirdə qeyd olundu ki, bu dəhşətli qəza nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur.Həmçinin, Azərbaycandan 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşlər.Onlardan bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərində ciddi problemlər yaranmışdır. Hadisədən 28 il keçməsinə baxmayaraq iştirakçıların bir çoxu bu gün də bu problemlərdən əziyyət çəkirlər. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzada zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xususi Sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır.Həmçinin, ölkə başçısı cənab İlham Əliyev tərəfindən əlillərə yüksək dövlət qayğısı göstərilir və onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir.
        Görüşdə iştirak edən Çernobıl iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini və onları narahat edən məsələlərin həllində koməklik göstərildiyi üçün minnətdarlıqlarını bildirmişlər.
       Tədbirin  sonunda Çernobıl əlillərinə maddi yardım göstərilmişdir.

Keçidlər