Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Bələdiyyəsi fəaliyyətini yeni inzibati binada davam etdirəcək

16 aprel 2021 | 16:00

Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir.
   Yeni bina ilə tanış olan Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov burada yaradılan şəraitlə, işçilərin iş şəraiti ilə maraqlanıb. Binanın fasad hissəsinin işıqlandırılmasında alternativ enerji mənbəyi olan günəş enerjisi ilə qidalanan lampa və solar batareyalardan istifadə olunub. Xatırladaq ki, bir müddət öncə Naftalan şəhərində Qələbə parkında gecə işıqlandırılması üçün günəş batareyaları ilə işləyən yeni işıq dirəkləri quraşdırılmışdır.
   Həmçinin yeni binada Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və “Naftalan” qəzeti redaksiyası fəaliyyət göstərəcəkdir.

 

Keçidlər