Şəhər İcra Hakimiyyətinin başçısı 24, 25, 26, 28, 29 və 32 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşdü.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov növbəti səyyari görüşünü 24,25,26, 28,29 və 32 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirib. Bu görüşdə də şəhər rəhbəri ilə yanaşı, Şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri də iştirak edirdi.
Görüş zamanı şəhər sakinləri tərəfindən qaldırılan problemlərin bəziləri elə yerindəcə həll olunmuş, qeyd olunan bütün məsələlərin nəzarətli qaydada, qısa müddət ərzində həll olunması məqsədilə aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq şəhər ərazisində aparılan geniş abadlıq-quruculuq, tikinti və təmir işlərinin gedişi ilə maraqlanmış və iş icraçılarına öz tapşırıqlarını vermişdir.