Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” anılıb

31 mart 2021 | 16:00

Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımından 103 il ötür.  Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı günü kimi yad edilir.
   1918-ci il 30 mart - 3 aprel tarixləri arasında Bakıda, Şamaxı, Qubada və ölkənin müxtəlif bölgələrində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
    Anım tədbiri ilə əlaqədar şəhər İcra Hakimiyyətinin başçısı, Polis şöbəsinin rəisi, YAP Naftalan şəhər təşkilatının sədri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Naftalan şəhər filialının sədri, Vətən müharibəsi iştirakçıları “Xatirə kompleksi”ni ziyarət edərək abidə önünə gül dəstələri düzüb, ruhlarını ehtiramla anıblar.

 

Keçidlər