Naftalanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşə bayramı qeyd edilib
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin işçilərinin peşə bayramı Naftalan şəhərində də qeyd edilib. Şəhər İcra Hakimiyyətinin başçısı və DTX-nın yerli şöbəsinin əməkdaşları ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsinə öz ehtiramlarını bildiriblər.
Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23- də imzaladığı sərəncam ilə hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizliyi sahəsində görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib. Xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nın xüsusi rolu var.