Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Turizm Agentliyinin nümayəndələri Naftalanda olublar

03 mart 2021 | 16:00

Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin, yerli və xarici turistlərin rahatlığının təmin edilməsi istiqamətində işlər davam etdirilməkdədir. Şəhərin infrastrukturun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin, sanatoriyaların tikilməsi yerli və xarici turistlərin Naftalana marağını daha da artırıb
   Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilmişdir. Bu istiqamətdə  Naftalan şəhərinin də turizm sektorunu inkişaf etdirmək üçün məqsədyönlü tədbirlər görülür.
   Belə ki, Azərbaycan Turizm Bürosu və Gəncə Destinasiya Menecmenti Təşkilatının əməkdaşları ilə Naftalan Şəhər İcra Hakimiyyətində görüş keçirilmiş və araşdırma məqsədilə bir sıra məsələlər müzakirə edilmişdir.
   Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Naftalan şəhərinin turizm inkişaf strategiyası layihəsinə uyğun olaraq “Turizm məkanlarında Yol Nişanları” layihəsinin Naftalan şəhərində tətbiqinə start verilmişdir. Həmçinin Naftalanda turizm informasiya mərkəzinin və Neft muzeyi pavilyonunun tikintisi haqqında müzakirələr aparılıb, neft muzeyinin Naftalanda yaradılmasının tarixi zərurətdən irəli gəldiyi vurğulanıb.

 

Keçidlər