Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü” yad edilib

26 fevral 2021 | 16:00

Azərbaycan tarixinin faciəli səhifəsi olan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü böyük ehtiramla yad edildi. XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Faciə qurbanlarının anım günü  ilə əlaqədar olaraq Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri “Xatirə kompleksi”ni ziyarət edib, karantin rejiminin qaydalarına riayət etməklə ərazi bütövlüyümüz uğrunda canından keçən vətən oğullarının abidəsi önünə gül dəstələri düzüblər.
    Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə əlaqədar şəhərin ərazisində dövlət bayraqları endirilib.

 

Keçidlər