Naftalanda “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində 613 ağac əkilib
25 fevral 2021 | 16:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Naftalan şəhərində ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqdəsilə Naftalan şəhərinin Qələbə parkında 613 ədəd eldar şamı, tuya, badam ağacları əkilib. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, keçirilən aksiya pandemiya qaydalarına uyğun təşkil olunub. Ağaclar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunub.