Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda sahibkarlar üçün dəyirmi masa keçirilib.

10 aprel 2014 | 15:00

Aprelin 9-da sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün "Kurortların inkişaf perspektivləri", "Biznes planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında dəyirmi masa keçirilmişdir.
Tədbir İqtisadiyyat və Sənaye Nazilriyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmişdir.
    Dəyirmi masada iştirakçılara "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması və s. barədə ətraflı məlumatlar verilmişdir.
    Tədbirdə həmçinin, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilmiş, sahibkarlar biznes-ideyanın yaradılması və biznes planların tərtib edilməsi, maliyyə planı və s. barədə məlumatlandırılmışlar.
Bundan başqa, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən   
    "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər