Naftalanda Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri növbəti dəfə reyd keçiriblər
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə mütəmadi olaraq ticarət, ictimai-iaşə və xidmət obyektlərində, əhalinin müəyyən olunmuş qaydalara və sanitar-epidemioloji tələblərə əməl etmələrinin vəziyyətini öyrənmək və lazımi tədbirlər görmək məqsədilə reydlər keçirilir.
Bu çərçivədə növbəti reyd Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə Regional bölməsinin nümayəndələri ilə birgə ictimai iaşə obyektlərində həyata keçirilib. Sahibkarlıq subyektlərinə ictimai iaşə müəssisəsinin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd zamanı pandemiya dövründə tətbiq edilmiş qaydalara əməl etməyən iki sahibkarlıq subyektinə inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə tətbiq olunub.