Naftalanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub
Naftalan şəhərində AR SHXÇDX-nin əməkdaşlarının peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Abidin Rüstəmov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, SHXÇDX-nin yaradılmasında əsas məqsəd ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarının tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır. Şəhər rəhbəri SHXÇDX-nin şəxsi heyətinə dövlətin xalqın və Ali Baş Komandanın hər zaman etimadını doğrultmağa və üzərlərinə düşən məsul, şərəfli işlərində uğurlar arzulayıb.
Sonda Vətən müharibəsi dövründə arxa cəbhədə gösdərdikləri fəallığa görə Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Məmmədov və nümayəndəliyin müavini Nicat Cəfərov SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov tərəfindən fəxri fərman ilə təltif olunublar.