Naftalanda COVID-19-a qarşı vaksinləşmə prosesi davam etdirilir
10 fevral 2021 | 16:00
Naftalan şəhərində yanvar ayının 21-dən vaksinasiya prosesinə başlanılıb. Tibb müəssisələrində xüsusi vaksin otaqları və peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatına uyğun zəruri şərait yaradılıb.
Bu günə kimi şəhər sakinləri arasında 148 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub. Hazırda yaşı 65-dən yuxarı olan şəxslərin peyvənd olunmasına başlanılıb.
Vaksinasiyaya gələnlər öncə həkim müayinəsindən keçir, qeydiyyatı aparıldıqdan sonra isə vaksinasiya otaqlarına göndərilir. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində nəzarət altında saxlanılır və səhhətində hər hansı bir problem olmadıqda evə buraxılır.