Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər İH-də tibbi müayinə tədbirlərinin vəziyyəti müzakirə olunub

02 aprel 2014 | 15:00

Aprelin 3-də Naftalan Şəhər İcra Hakimiyyəti başçısı yanında əhalinin tibbi müayinədən keçməsinin vəziyyəti ilə əlaqədar geniş şura iclası keçirilib. Şura iclasında cənab Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Şura iclasını giriş sözü ilə Şəhər İcra Hakimiyyətinin  başçısının müavini Arzu Məmmədov  açaraq qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün şəhər xəstəxanası lazımı avadanlıqlarla təmin olunmuş, vətəndaşların rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır.
     Daha sonra Naftalan şəhər İcra Hakimiyyətinin baçısının müavini, Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsi işinin təşkili üçün zəruri tədbilər görülməsi məqsədilə yaradilmış komissiyanın sədri Afət Cabbarova çıxış edərək ölkədə insan sağlamlığının əsas prioritetlərdən biri olduğunu qeyd etmişdir. Kampaniya başlayandan indiyədək 5473  nəfər  profilaktik tibbi müayinədən keçdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərilmişdir.
     Naftalan şəhər Xəsrəxanasının baş həkimi İsmayıl Muradov cıxış edərək qeyd etmişdir ki, hal haziradək 99 nəfər ambulator müalicəyə, 26 nəfər  stasionar müalicəyə, 5 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Şura iclasında müzakirə olunan məsələ ilə bağlı əlaqədar təşkilat və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilib və aprel ayının 15-də  humanitar aksiyanın başa çatdırılması qərara alınıb.

Keçidlər