Şriftin ölçüsü :

Saytın rəngi :

“02 Fevral Gənclər Günü” münasibətilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Naftalan Şəhər Çempionatı keçirildi

29 yanvar 2021 | 16:00

“Nizami Gəncəvi İli” çərçivəsində “02 Fevral Gənclər Günü” münasibətilə Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Naftalan şəhər Təhsil Şöbəsinin birgə dəstəyi ilə gənclərin dünyagörüşünün artırılması, onlarda məlumat bazasının formalaşdırılması, möhkəmləndirilməsi və əyləncəli şəkildə elmi və praktiki biliklərə yiyələnməsi məqsədilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə Naftalan Şəhər Çempionatı keçirildi.
  İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
  Daha sonra Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev çıxış edərək idarə tərəfindən yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə müxtəlif intellektual oyunlar təşkil olunduğunu bildirmiş, keçirilən oyunun mahiyyəti haqqında məlumat vermiş, oyunda yarışacaq komandaları təqdim etmiş və komandalara uğurlar arzulamışdır.
  Oyun 4 mərhələ və final mərhələsindən ibarət olmuşdur. 4 komandanın (“Qələbə”, “Qarabağ”, “Xudayar” və “Xarı Bülbül”)  iştirak etdiyi oyun “Bəlli”, “Şərtli”, “Sirli” “Fərdi” və “Xəmsə” raundlarından ibarət olmuşdur. Sonda raundların nəticələrinə görə ən çox xal nominalı toplayaraq “Qələbə” komandası I yerə, “Qarabağ” komandası II yerə, “Xudayar” komandası isə III yerə çıxmışdır.
  Sonda qalib komandalar Gənclər və İdman İdarəsinin Kubok və diplomları ilə təltif ediliblər.
 Tədbir pandemiya şəraitinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Girişdə xüsusi dezinfeksiya aparatı qurulmuş, bütün tədbir iştirakçılarının hərarətinin yoxlanılması təmin edilmiş, ara məsafəsi saxlanılmışdır.

 

Keçidlər