Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan və Yesentuki qardaşlaşdı

04 aprel 2014 | 15:00

 

Hazırda  Naftalan şəhəri turizm və mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı məqsədilə Fransanın Leql və İtaliyanın Pozitano şəhərləri ilə  əməkdaşlıq edir.
    Aprelin 3-də  isə daha bir şəhərlə, Rusiya Federasiyası Yesentuki şəhərinin Administrasiyası arasında əməkdaşlıq və qardaşlaşma haqqında saziş imzalanıb.
     Saziş Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündən sonra imzalanıb.
     İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu və dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini, görülmüş işlərin nəticəsi olaraq Azərbaycan və  Rusiya arasında əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.
     Bu gün Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir. Biznes forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası və Stavropol Ticarət və Sənaye Palatası arasında, Azərbaycan Turizm Assosiasiyası və Stavropolun “Kurortlar Birliyi” Holdinqi arasında, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyasının “Profkurort” Sanatoriya-Kurort Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır
    Tədbir çərçivəsində Azərbaycan və Stavropol diyarı barədə videoçarxlar nümayiş olunub, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Keçidlər