“31 mart-Azərbaycanlıların soyqrımı günü” Naftalan şəhərində anılıb.
Martın 31-də Naftalan şəhərində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” qeyd edildi.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, şəhər icra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyəti iştirak edibr. İlk olaraq Naftalan şəhər “Xatirə kompleksi” ziyarət edilərək şəhidlərin xatirəsi yad edilmiş, əklil qoyulmuş, gül-çiçək düzülmüşdür.
Tədbirdə bir daha qeyd olundu ki,1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Tədbirin sonunda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhlarına dualar oxunmuşdur.